Nadir Qafarzadə xanımını paylaşdı:Qucağında da yeni doğulmuş nəvəsi
13 Dekabr 2025, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1604
02.05.2025, 17:06
Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.
Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinik ada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.
Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.
Oxu24.com xəbər verir ki, Xatun Əliyeva Qaynarinfo-ya verdiyi açıqlamada baş verənləri təsdiqləyib və başına gələnlərlə bağlı bunları deyib:
"Laser Beauty Klinikası"nın Altes plaza filialında buxaq liposaksiyası etdirmişdim. Proseduru Natavan Əmirova həyata keçirdi. Kabinetdə, küçədən gəldiyim geyimdə bu proseduru etdilər. Sonra üstünü bağladılar, dedilər açmaq olmaz. Amma əslində açılmalı imiş. Buna görə də prosedurun edildiyi yerdə böyük bir yara əmələ gəldi, nekroz yarandı. Karantin dövrü idi, özüm də koronavirusa yoluxmuşdum. Heç bir kömək etmədilər. Sadəcə vəziyyəti deyirdim, dərmanlar yazırdı, vəssəlam. Onu da tanınmış şəxs olduğum üçün cavab verirdilər. Düşünürəm ki, tanınmış şəxs olmasaydım, bunu da etməzdilər. Yaranı çox çətinliklə sağaltdım. Sonra klinikaya getdim, buxaqda deformasiya yaranmışdı, uğurlu alınmamışdı. Yenidən məni klinikaya çağırıb, yaranı aparatlar vasitəsi ilə yandırdılar. Bundan sonra orda keloid əmələ gəldi, çox bərbad görünürdü. Buna görə mən uzun müddət boğazımı bağlayıb gəzdim, hər dəfə paltarlardan kəsib boğazım üçün nəsə düzəldirdilər.
Həmçinin oxuyun

Müğənni bildirib ki, Natavan Əmirovanın səbəb olduğu fəsadları aradan qaldırmaq üçün ümumilikdə 30 min manatdan çox vəsait xərcləməli olub:
"Bu prosedurlar zamanı ölə bilərdim. Həyatım təhlükədə idi. Problemləri aradan qaldırmaq üçün bir neçə kosmetoloqa müraciət etdim. Təkcə problemi tam həll edən sonuncu həkimə 10 min manat ödədim".Xatun Əliyeva Natavan Əmirova ilə televiziya verilişlərindən birində təsadüfən qarşılaşdığını da bildirib:
"Sponsor olduğu verilişlərdən birinə dəvət olunmuşdum. Onun sponsor olduğunu bilmirdim, yoxsa getməzdim. Orada "ya mən qalacam, ya sən" dedim. Qorxudan verilişi tərk etdi. Daha sonra məni yenidən verilişə dəvət etsələr də, dedilər başqa vaxta qalsın. Sonradan məlum oldu ki, Natavan Əmirova mənim verilişə gəlməməyimi istəyib."
Qeyd edək ki, Xatun Əliyevanın əməliyyat olunduğu klinikanın Altes plaza filialının bu cür əməliyyatlar aparmaq üçün müvafiq lisenziyası olmayıb. Bunu rəsmi qurumların verdiyi açıqlamalar da sübut edir.
2023-cü ildə yayılan başqa bir məlumata görə, Xalq artistlərindən birinin gəlini də klinikanda estetik əməliyyat olunduqdan sonra vəziyyəti pisləşib və koma vəziyyətinə düşüb. Pasiyent evə buraxıldıqdan bir neçə saat sonra səhhəti qəfil pisləşib və təcili Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Orada 10 gün komada qalıb.
Daha sonra məlum olub ki, həmin filialın estetik əməliyyatların aparılması üçün lisenziyası olmayıb. Bu məlumatı da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təsdiqləyib.
Qurbanlarının dediklərinə görə, Natavan Əmirova pasiyentlərin şikayətlərinə cavab verməyib, əksinə, məsuliyyətdən yayınmağa çalışıb. Onun sponsor olduğu verilişlər vasitəsilə ictimai imicini qorumağa çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.